KATEQORİYALAR

Haqqımızda

Haqqımızda

Biz kimik:

1997-ci ildə təsis edilmiş Debet Safety MMC fərdi mühafizə vasitələrinin, işçi paltarlarının və peşə geyimlərinin istehsalını və satışını həyata keçirir.

Biznes baxışımız:

Bizim fəaliyyətimiz, müştərilərə yüksək keyfiyyətli məhsullar və xidmətlər təqdim etməklə, onların istəklərini tam qarşılamaqla, müştəri məmnunluğunun tam təmin olunmasına yönəldilmişdir. Biz, uzunmüddətli işgüzar münasibətlər qurmaqla daima satış həcmini artırırmağa çalışırıq. Bizim başlıca məqsədimiz müştərilərə münasib qiymətlərlə yüksək keyfiyyətli və sertifikatlaşmış məhsullar təqdim edərək bazarda mövcud olan tendensiyalar və tələblərlə ayaqlaşmaqdır. Debet Safety öz fəaliyyətində tədricən, lakin davamlı inkişafı əsas götürmüşdür.

Fəaliyyət yerlərimiz:

Bakı şəhərinin mərkəzinə yaxın yerdə yerləşən geniş ofis və sərgi salonumuz fəaliyyət göstərir. Şirkətimizin həmçinin müasir tələblərə cavab verən böyük istehsalat sahəsi və anbarı mövcuddur. Yerli istehsal, müştərilərin və bazarın tələblərinə daha həssas və rəqabətətə davamlı olmaqda böyük imkanlar və üstünlüklər verir.

İstehsalat:

Müasir texnalogiyalarla və yeni avadanlıqlarla təchiz olunmuş istehsalat sahəmiz, keyfiyyət və təhlükəsizlik sahəsində beynəlxalq standartların tələblərinə cavab verən məhsullar istehsal etməyə imkan verir. Məhsulların istehsalında yalnız yüksək keyfiyyətli xammallardan istifadə olunur. İstehsal olunan ümumi təyinatlı, odadavamlı, görünmə dərəcəsi yüksək olan və başqa tipli işçi geyimləri EN ISO 13688, EN ISO 20471, EN 343, EN 342, EN ISO 11611, EN ISO 11612, EN ISO 14116, EN 1149, İEC 61482 kimi Avropa Standartlarının və Fərdi Mühafizə Vasitələri üzrə EU 2016/425 Təlimatının tələblərinə cavab verir.

Distribyutorluq:

Biz, 3M, Bolle, Honeywell, MSA, Jallatte, Portwest, JSP, Uvex, Hex-Armor, Kong, Texport, Dunlop, DuPont, Ansell, Deb-Stoko, Marigold, Sala, Protecta, Viking, Baltic, Lalizas, Sioen, Lyngsoe və bir çox başqa tanınmış brend və ticarət markalarının Azərbaycandakı rəsmi distribyutoru və partnyoruyuq. Müştərilərimizin tam təminatı üçün anbarımızda, həmin məhsullargeniş çeşiddə və böyük miqdarlarda saxlanılır.

SƏTƏM:

Fərdi Mühafizə Vasitələrinin təchizatçısı kimi biz başa düşürük ki, əməyin təhlükəsizliyinin təmin olunması mühüm məsələlərdən biridir. SƏTƏM bizim fəaliyyətimizin əsas tərkib hissəsidir. Şirkətin Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarəedilməsi Sistemi İSO 45001:2018 standartı üzrə setifikatlaşdırılmışdır. İSO 45001:2018 standartı şirkəti Sağlamlıq və Əməyin Təhlükəsizliyini İdarəetmə Sistemini effektiv idarə etmək üçün lazımı elementlərlə təmin edir və bu sahədə şirkətin məqsədlərinə və hədəflərinə çatmasına imkan yaradır.

Keyfiyyəti İdarəetmə Sistemi:

Debet Safety MMC-nin Keyfiyyəti İdarəetmə Sistemi ISO 9001:2015 standartı üzrə sertifikatlaşdırılmışdır. Şirkətdə bütün biznes proseslər (satışın və satınalmanın idarə olunması, istehsalat və logistika prosesləri, kadr siyasəti və mühasibatlıq və s.), sənədlərin dövriyyəsi (sənədlərin hazırlanması, razılaşdırılması, təsdiq olunması, qeydiyyatı və s.) mərkəzləşdirilmiş ümumi elektron bazadan ERP (Müəssisə Resurslarının Planlaşdırılması) sistemi vasitəsi ilə idarə olunur. Bu da idarəetmə və istehsalat proseslərinin effektiv təşkilini, istehsal həcminin artmasını və keyfiyyətin yüksəldilməsini təmin edir.

İşçi heyət:

İşçi heyətimiz müvafiq sahələr üzrə peşəkar kadrlardan ibarətdir. Bütün bölmələr, qarşıda qoyulan məsələlərin həllində vahid komanda kimi fəaliyyət göstərir. İnsan Resursları şöbəsi kadrların seçilməsi prosesində gələcək işçilərin peşəkarlığı ilə yanaşı, onların mədəniyyəti, dürüstlüyü və s. kimi fərdi xüsusiyyətlərinə də böyük önəm verir. İşçilərin seçimi zamanı keçirilən müsahibələr rəhbərliyin iştirakı ilə baş verir. Ümumi işçi heyət 150 nəfərdən ibarətdir.

Müştəriyönlülük:

Müştəri məmnunluğunun qiymətləndirilməsi prosedurunun tələblərinə əsasən vaxtaşırı keçirilən sorğular, irad və şikayətlərin qeydiyyatı və təhlili, müştərilərin tələblərinin, istək və arzularının keyfiyyətlə yerinə yetirilməsində bizə kömək edir. Satış və Marketing şöbəsinin peşəkar işçiləri sifarişin qəbul olunduğu andan təhvil verildiyi anadək müştərilərin bütün istəklərini nəzərə alır, fərdi mühafizə vasitələrinin seçilməsi və istifadəsi ilə bağlı professional məsləhətlər verir, satışdan sonrakı müddətdə də müştərilərlə sıx əlaqədə olurlar. Müştərilərimizin siyahısında BP Exploration (Caspian Sea) Ltd, KCA Deutag, Saipem, Schlumberger, BOS Shelf, Caspian Marine, Rapid Solutions, ANAMA, Holcim, Halliburton, AMEC, Tekfen, Azfen, Weatherford, BUE Caspian, Hertel, Caspian Shipyard və bir çox başqa şirkətləri göstərmək olar.

Ünvanlarımız:

Debet Safety MMC hal-hazırda Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir.